İQTİSADİYYAT


Azərbaycanla Türkiyə arasında sadələşdirilmiş gömrük dəhlizi haqqında anlaşma memorandumu imzalanıb

Dövlət Gömrük Komitəsinin (DGK) sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev oktyabrın 11-də Ankarada Türkiyənin Ticarət naziri Ruhsar Pekcanla görüşüb.
AZƏRTAC xəbər verir ki, görüşdə türkiyəli nazir iki ölkə arasındakı münasibətlərdən bəhs edib, gömrük orqanlarının da bu sahədə mühüm rol oynadığını bildirib.