Azərbaycan Dövlət İnformasiya Agentliyi

Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə Füzulidə gənclərlə görüş keçirilib

15.10.2019 [18:35]

Xəbərin mətni

Oktyabrın 15-də Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə Horadiz şəhərində gənc fəallarla görüş keçirilib. Görüşdə Azərbaycan Respublikası Baş Nazirinin müavini, Yeni Azərbaycan Partiyası Sədrinin müavini-icra katibi Əli Əhmədov, Milli Məclis Sədrinin müavini Bahar Muradova, Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev iştirak ediblər.