İQTİSADİYYAT


Bakıda VI illik Xəzər Texniki konfransı keçirilir

Oktyabrın 16-da Bakıda Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) təşkilatçılığı ilə VI illik Xəzər Texniki konfransı - SPE (Neft-Qaz Sənayesi Mühəndisləri Cəmiyyəti) öz işinə başlayıb. Tədbir “Rəqəmsal transformasiya: Gələcək üçün imkanlar” mövzusunda keçirilir.
AZƏRTAC xəbər verir ki, tədbirin açılışında SPE 2020-nin prezidenti, “Petrol Corporation” şirkətinin nümayəndəsi, SOCAR-ın yataqların işlənilməsi üzrə vitse-prezidenti Yaşar Lətifov, BP-nin Azərbaycan, Gürcüstan və Türkiyədə hasilat üzrə vitse-prezidenti Con Stefonson, “Total E&P Azerbaijan” şirkətinin direktoru Dennis Lemarşal, Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev və başqaları çıxış ediblər.