İQTİSADİYYAT


Səkkiz ayda Azərbaycanla İsveçrənin ticarət dövriyyəsi 5 dəfə artıb

Cari ilin yanvar-avqust aylarında Azərbaycan ilə İsveçrə arasında ticarət dövriyyəsi ötən illə müqayisədə 5 dəfə artaraq 1,3 milyard ABŞ dolları olub.
AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) rəhbəri vəzifəsini icra edən Yusif Abdullayev oktyabrın 21-də Bakıda keçirilən Azərbaycan-İsveçrə biznes forumunda deyib.