CƏMİYYƏT


Euronews: Zubrlar Qafqaza gedir

“Euronews” telekanalında “Zubrlar Qafqaza gedir” adlı süjet göstərilib. AZƏRTAC xəbər verir ki, süjet Qafqaz zubrlarının Azərbaycana qaytarılmasına həsr olunub.
Süjetdə deyilir: “Azərbaycana zubrlar gətirilib. Bu, cütdırnaqlı heyvanların Cənubi Qafqazda reintroduksiyası üzrə proqram çərçivəsində 12 baş heyvandan ibarət ikinci partiyadır. İlk səkkiz baş heyvan hələ may ayında gətirilib. Zubrları Fransa, Belçika və Almaniya parklarından göndərirlər. Bu heyvanlar IDEA İctimai Birliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Dünya Vəhşi Təbiəti Mühafizə Fondunun (WWF) Azərbaycan nümayəndəliyi ilə birgə həyata keçirilən “Zubrların Azərbaycana reintroduksiyası” proqramı çərçivəsində gətirilib.