SİYASƏT


Yaponiya İmperatoru Naruhito rəsmi olaraq taxta çıxıb

Oktyabrın 22-də Yaponiya İmperatoru Naruhito ölkə Konstitusiyasına və İmperator evinin qanunlarına uyğun olaraq rəsmi şəkildə taxta çıxdığını elan edib.
AZƏRTAC xəbər verir ki, monarx bu barədə Tokionun mərkəzində yerləşən İmperator sarayında keçirilən rəsmi taxtaçıxma mərasimi zamanı bəyan edib.
Mərasimdə Azərbaycan Respublikasını Milli Məclisin Sədri Oqtay Əsədovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib. Nümayəndə heyətinin tərkibində Milli Məclisin deputatı Xanlar Fətiyev və digər rəsmi şəxslər var. Azərbaycanın Yaponiyadakı müvəqqəti işlər vəkili Fərid Talıbov da mərasimdə iştirak edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır