İQTİSADİYYAT


Xocasən-Lökbatan avtomobil yolu əsaslı təmir edilib

Xocasən-Lökbatan avtomobil yolu I texniki dərəcəli olmaqla 4 hərəkət zolaqlıdır. Yolun hərəkət hissəsini eni 16 metr təşkil edir. Başlanğıcını respublikanın iki mühüm avtomobil yolu sayılan Bakı-Quba-Rusiya dövlət sərhədi avtomobil yolu ilə Bakı-Şamaxı-Yevlax avtomobil yolunun kəsişdiyi ərazidən götürən Xocasən-Lökbatan avtomobil yolu Binəqədi və Qaradağ rayonları ərazisindən keçir, paytaxtın mühüm nəqliyyat arteriyası hesab olunur.