SİYASƏT


Strasburqda Milli Məclisin Sədri Oqtay Əsədovla AŞPA-nın sədri Lilian Paskyenin görüşü olub

Strasburqda Avropa Şurasına üzv dövlətlərin, eləcə də tərəfdaş, müşahidəçi qismində iştirak edən ölkələrin parlament sədrlərinin konfransında iştirak edən Milli Məclisin Sədri Oqtay Əsədovun AŞPA-nın sədri Lilian Mori Paskye ilə görüşü olub.
AZƏRTAC xəbər verir ki, görüşdə Azərbaycanla Avropa Şurası arasında münasibətlər geniş müzakirə edilib və perspektivlərə dair fikir mübadiləsi aparılıb.