RƏSMİ


Azərbaycan Prezidenti İlham Əliyev Esvatininin Kralı Əlahəzrət III Msvati ilə görüşüb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 26-da Esvatininin Kralı Əlahəzrət III Msvati ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, görüşdə Esvatininin Kralı Əlahəzrət III Msvati Qoşulmama Hərəkatının XVIII Zirvə Görüşünün yüksək səviyyədə təşkil edildiyini vurğuladı və göstərilən qonaqpərvərliyə görə təşəkkürünü bildirdi.