RƏSMİ


Prezident İlham Əliyev Qəbələdə gülçülük istixanası ilə tanış olub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 28-də Qəbələ rayonunun Vəndam qəsəbəsində dekorativ gülçülük istixanası ilə tanış olub.
AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısına istixanada görülən işlərlə bağlı məlumat verildi. Bildirildi ki, “AzRose” MMC xüsusi qızılgül növlərinin yetişdirilməsi üçün Qəbələ rayonunun Vəndam qəsəbəsində istixanaların quraşdırılması işlərinə 2017-ci ildən başlayıb.