İQTİSADİYYAT


Yaponiyanın Mie prefekturasının bəzi ərzaq məhsulları Azərbaycanda emal olunaraq dünya bazarına çıxarılacaq

Yaponiyanın Mie prefekturasında istehsal edilən bir sıra ərzaq məhsulları Azərbaycanda emal edilərək dünya bazarına ixrac olunacaq.
AZƏRTAC xəbər verir ki, bu barədə Yaponiyanın turizm sahəsində tanınmış “HIS Co. Ltd” şirkəti ilə Mie prefekturası arasında strateji əməkdaşlıq barədə müqavilənin imzalanması mərasimində bildirilib.