Azərbaycan Dövlət İnformasiya Agentliyi

Ermənistan silahlı qüvvələri snayper tüfənglərindən də istifadə etməklə atəşkəsi 23 dəfə pozub

04.11.2019 [10:02]

Xəbərin mətni

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində snayper tüfənglərindən də istifadə etməklə sutka ərzində atəşkəs rejimini 23 dəfə pozub.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Ermənistan Respublikası İcevan rayonunun Berkaber kəndində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı kəndində, Berd rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Tovuz rayonunun Qaralar kəndində yerləşən mövqelərimiz atəşə tutulub.