CƏMİYYƏT


Kiyevdə İmadəddin Nəsimi adına binanın təməli qoyulub

Ukraynanın paytaxtı Kiyev şəhərində Azərbaycan xalqının çoxəsrlik ənənələrə malik bədii və fəlsəfi fikrində dərin iz qoymuş mütəfəkkir şair İmadəddin Nəsimi adına çoxfunksiyalı binanın təntənəli təməlqoyma mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycanın Ukraynadakı səfirliyinin təşəbbüsü və sifarişi ilə tikiləcək mədəni-tarixi kompleksdə Nəsimi adına mərkəz, muzey, konfrans zalları, həmçinin qonaq evi fəaliyyət göstərəcək.