SİYASƏT


ABŞ-Azərbaycan Ticarət Palatasında Azərbaycanın Kənd Təsərrüfatı naziri ilə görüş keçirilib

ABŞ-a səfəri çərçivəsində Azərbaycan Respublikasının Kənd Təsərrüfatı naziri İnam Kərimovun ABŞ-Azərbaycan Ticarət Palatasının üzvləri və tərəfdaş təşkilatları ilə palatanın Vaşinqtonda yerləşən ofisində görüşü keçirilib. Görüşdə palata üzvləri ilə yanaşı, palatanın direktorlar şurasının həmsədri Reza Vəziri, Azərbaycan Respublikasının ABŞ-dakı Səfiri Elin Süleymanov, ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) Azərbaycan missiyasının rəhbəri Cey Sinx, Dünya Bankının yüksək vəzifələri nümayəndələri, eləcə də ABŞ-ın kənd təsərrüfatı mütəxəssislərinin qeyri-rəsmi klubu hesab olunan “Ag-salon”un bir sıra üzvləri də iştirak edib.