SİYASƏT


ABŞ-ın paytaxtında Dövlət Bayrağı Günü qeyd olunub

Vaşinqton şəhərində fəaliyyət göstərən Azərbaycan məktəbinin şagirdləri 9 Noyabr - Dövlət Bayrağı Gününü qeyd ediblər. İlk olaraq şagirdlər Azərbaycanın dövlət himnini oxuyublar. Daha sonra məktəb müəllimləri bayrağımız ilə bağlı uşaqlara ətraflı məlumat veriblər və dövlətçiliyimizin simvolu olan üçrəngli bayrağın əhəmiyyəti uşaqlarla müzakirə olunub. Bundan əlavə, şagirdlər Azərbaycan bayrağı ilə bağlı videoçarxlar izləyib və Azərbaycan rəqsləri nümayiş etdiriblər.