SİYASƏT


Seçki hüquqlarının pozulmasına dair şikayətlərin məhkəmə qaydasında həlli mövzusunda tədbirlərə başlanılıb

Mərkəzi Seçki Komissiyasının maarifləndirmə proqramına əsasən ilk dəfə olaraq seçki hüquqlarının pozulmasına dair şikayətlərin məhkəmə qaydasında həlli mövzusunda beşgünlük regional seminar-müşavirələrə start verilib.
Layihə çərçivəsində noyabrın 12-də Bakı şəhərində Bulvar hoteldə keçirilən ilk tədbirdə əvvəlcə Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahovun, Ali Məhkəmənin kollegiya sədri Hikmət Mirzəyevin, Bakı Apellyasiya Məhkəməsinin sədri İman Nağıyevin və Sumqayıt Apellyasiya Məhkəməsinin sədri Səadət Bəktaşinin çıxışları dinlənilib.