Azərbaycan Dövlət İnformasiya Agentliyi

Çində Mars planetinə eniş aparatı sınaqdan keçirilib

14.11.2019 [17:19]

Xəbərin mətni

Çin Milli Kosmik İdarəsinin (CNSA) mütəxəssisləri Pekinin şimalında Mars planetinə enmək üçün nəzərdə tutulan aparatın uğurlu sınağını keçirib.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, sınaqlar Hebey əyalətinin Huaylay şəhəri rayonunda yerləşən xüsusi meydançada rəsmi şəxslər və jurnalistlərin iştirakı ilə aparılıb. Xüsusi qurğunun köməyi ilə 70 metr hündürlükdən atılan aparat Qırmızı planetin cazibə qüvvəsinə uyğun sürətlə enmə simulyasiyasını həyata keçirib.