SİYASƏT


Los-Anceles sinaqoqunda Qarabağ həqiqətlərinə həsr olunmuş geniş tədbir keçirilib

Los-Ancelesdə fəaliyyət göstərən, ABŞ-ın ən böyük yəhudi sinaqoqlarından olan Nessah Sinaqoqunda Ermənistanın Azərbaycana qarşı işğalçılıq və etnik təmizləmə siyasətinin ifşasına həsr olunmuş geniş tədbir keçirilib.
Azərbaycanın Los-Ancelesdəki baş konsulluğundan AZƏRTAC-a bildiriblər ki, 400-dək iştirakçının, o cümlədən tanınmış din xadimlərinin, müxtəlif nüfuzlu yəhudi təşkilatlarının rəhbərlərinin, jurnalistlərin, elm və mədəniyyət xadimlərinin, universitet professorlarının, xarici ölkələrin diplomatlarının qatıldığı tədbir Azərbaycanın Los-Ancelesdəki baş konsulluğunun təşəbbüsü və dəstəyi ilə təşkil olunub.