DÜNYA


Holokost Memorial Muzeyi ABŞ-da ən çox ziyarət edilən muzeylərdən biridir

Vaşinqtonun mərkəzində, ABŞ nazirliklərinin və digər dövlət idarələrinin mənzil-qərargahlarının binaları arasında Holokost Memorial Muzeyi ucalır. Muzey Holokost tarixinin sənədləşdirilməsi, öyrənilməsi və şərhi ilə məşğul olan Amerika milli təşkilatı, Holokost zamanı həlak olmuş milyonlarla insanın memorialıdır.