CƏMİYYƏT


İntiharların qarşısının alınması ilə bağlı Azərbaycanda ilk dəfə olaraq Milli Fəaliyyət Planı hazırlanacaq

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və BMT İnkişaf Proqramı (BMTİP) tərəfindən birgə iş müstəvisində Azərbaycanda intiharların qarşısının alınması ilə bağlı ilk dəfə olaraq Milli Fəaliyyət Planı layihəsi hazırlanacaq.
AZƏRTAC xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Kərimov noyabrın 26-da “İntiharların qarşısının alınması” mövzusunda keçirilən dəyirmi masada məlumat verib.