Azərbaycan Dövlət İnformasiya Agentliyi

Rumıniyada qatarda yanğın baş verib

28.11.2019 [15:27]

Xəbərin mətni

Rumıniyanın Teleorman bölgəsində içərisində sərnişinlərin olduğu qatar stansiyada yanmağa başlayıb. Yanğın zamanı qatarda 100 nəfər olub. Onların hamısı təxliyə ediliblər.
Yanğının qarşısı dərhal alınıb və alov söndürülüb. Sərnişinlər avtobuslarla təyinat nöqtələrinə çatdırılıblar.