SİYASƏT


Slovakiyanın Xarici İşlər və Avropa nazirinə Azərbaycanın diplomatik xidmət orqanlarının 100 illiyi medalı təqdim olunub

Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov noyabrın 28-də Slovakiyanın Xarici İşlər və Avropa naziri Miroslav Layçakla görüşüb.
AZƏRTAC xəbər verir ki, görüşdə ikitərəfli əməkdaşlığın gündəliyində olan məsələlər müzakirə edilib.
Görüşün sonunda Nazir Elmar Məmmədyarov Slovakiyalı həmkarı M.Layçaka “Azərbaycan diplomatik xidmət orqanlarının 100 illiyi” ilə əlaqədar yubiley medalını təqdim edib.