SİYASƏT


Nur-Sultanda TÜRKPA çərçivəsində gənc parlamentarilərin toplantısı keçirilib

Nur-Sultan şəhərində Qazaxıstan Respublikası Parlamenti Məclisi ilə TÜRKPA-nın birgə təşkilatçılığı ilə “Gənclərin dəyərləri və parlament həmrəyliyi” mövzusunda gənc parlamentarilərin birinci toplantısı keçirilib.
AZƏRTAC xəbər verir ki, Qazaxıstan Parlamenti Məclisinin Aqrar məsələlər komitəsinin sədri və TÜRKPA-nın İqtisadi əməkdaşlıq komissiyasının sədri Berik Ospanovun moderatorluğu ilə keçən toplantıda quruma üzv ölkələrin parlamentariləri, eləcə də Qazaxıstanın dövlət orqanlarının nümayəndələri iştirak ediblər.