CƏMİYYƏT


Şahdağ Milli Parkında zubr balası dünyaya gəlib

IDEA İctimai Birliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Ümumdünya Vəhşi Təbiəti Mühafizə Fondunun (WWF) Azərbaycan ofisi tərəfindən həyata keçirilən zubrların reintroduksiya layihəsi çərçivəsində Azərbaycana gətirilən zubrlardan birinin erkək balası dünyaya gəlib. Bala sağlamdır və artıq yerli şəraitə uyğunlaşaraq sürüyə qoşulub.
AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə Şahdağ Milli Parkının direktoru Akif Məmmədov bildirib.