SİYASƏT


Dünya Xəbər Agentliklərinin VII Konqresinin keçiriləcəyi yer müəyyən edilib

Dekabrın 2-də Böyük Britaniyanın paytaxtında Dünya Xəbər Agentlikləri Konqresi Şurasının iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, iclas Britaniyanın “Press Assоciation” agentliyinin rəhbəri, Dünya Xəbər Agentlikləri Konqresi Şurasının prezidenti Klayv Marşallın sədrliyi ilə AZƏRTAC-ın da daxil olduğu Şura üzvlərinin iştirakı ilə keçirilib.