CƏMİYYƏT


Tərtərlilər genişmiqyaslı kampaniyada yüksək fəallıq göstəriblər

Mütəfəkkir şair İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın bir gündə 650 min ağac əkilməsi təşəbbüsünə böyük həvəslə qoşulan tərtərlilər genişmiqyaslı kampaniyada yüksək fəallıq göstəriblər.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, şairin irsinin daha geniş təbliği, eyni zamanda, yaşıllıqların artırılması və ekoloji mühitin sağlamlaşdırılması məqsədi daşıyan bu nəcib və xeyirxah aksiyanın yüksək səviyyədə keçirilməsi məqsədilə ağac əkini üçün nəzərdə tutulan ərazilər əvvəlcədən təmizlənib, hamarlanıb, cızlar çəkilib, çalalar qazılıb, əkinə tam hazır vəziyyətə gətirilib.