Masallı sakinləri ağacəkmə aksiyasına qoşulublar
06.12.2019 [16:11]
Xəbərin mətni
Dekabrın 6-da Masallıda yağmurlu hava şəraiti müşahidə olunsa da, rayonda əsl bayram əhval-ruhiyyəsi hökm sürürdü.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, səhər saatlarından başlayaraq minlərlə rayon sakini Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın dahi şair və mütəfəkkir İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə ölkəmizdə bir gündə 650 min ağacın əkilməsi təşəbbüsünə qoşulmaq üçün, yeni çəkilmiş Bakı-Astara magistral yolunun Ləngan kəndi ətrafında dövlət fond meşə torpağında ağac əkməyə tələsirdi.