DÜNYA


Qazaxıstanda təyyarə qəzasında ölənlərin sayı 15-ə çatıb

Qazaxıstanda “Bek Air” təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olanların kimliyi məlum olub. Həlak olanlar arasında Qazaxıstan Generallar Şurasının sədri ədliyyə general-mayoru Rustem Kaydarov da var.
Qeyd edək ki, hadisə nəticəsində 14 nəfər həlak olub, 35 nəfər isə yaralanıb. 95 sərnişin və 5 ekipaj üzvünün olduğu təyyarə Almatıdan Nur-Sultan istiqamətində uçurmuş. №Z2100 reysi ilə uçan təyyarə yerli vaxtla saat 7:22-də (Bakı vaxtı ilə saat 5:22) beton maneəyə çırpılıb, daha sonra ikimərtəbəli tikili ilə toqquşub.