CƏMİYYƏT


Macarıstanda Azərbaycan Evi açılıb

Macarıstanın paytaxtı Budapeştdə Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Azərbaycan Evinin açılışı olub.
AZƏRTAC xəbər verir ki, bu ölkədə yaşayan soydaşlarımızın birgə fəaliyyəti, şəbəkələşməsi, Azərbaycan mədəni irsinin qorunması və təbliği, həmvətənlərimizin yaşadığı cəmiyyətə inteqrasiyasına dəstək vermək məqsədi daşıyan Azərbaycan Evinin açılışında Azərbaycanın Macarıstandakı səfiri Vilayət Quliyev, Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin rəsmisi Səlhət Abbasova, Azərbaycan Diasporuna Dəstək Fondunun nümayəndəsi İbrahim Səfərli, Macarıstanda fəaliyyət göstərən diaspor təşkilatlarının rəhbərləri, media nümayəndəlləri və 100-dən artıq Macarıstanda yaşayan soydaşımız və yerli icmanın nümayəndələri iştirak ediblər.