Azərbaycan Dövlət İnformasiya Agentliyi

Təbii su filtirləri – dağ parçalarından düzəldilən su süzən daşlar REPORTAJ

02.01.2020 [14:09]

Xəbərin mətni

Hər bir sənətin öz gözəlliyi, öz sirri, öz ustası var. Su daşı düzəltmək də bu sənətlərdən biridir. Bu daşlar suyu süzüb saflaşdırır, onu təmiz, içmək üçün yararlı hala salır.
AZƏRTAC xəbər verir ki, daş ustası, 65 yaşlı Qazax şəhər sakini Musa Qaracayev uzun müddətdir bu peşəni yaşadır.
O, qaya parçalarından müxtəlif ölçülü su süzən daş qablar düzəldir. Dağlardan toplanan daşlar oyulur, içi su ilə doldurulub formaya salınır, sonra isə yonularaq şəkil verilir. Beləliklə, təbii su filtri hazırlanır. Bu daşlar 20 litr suyu təxminən 24 saata tamamilə süzür.