Prezident Administrasiyasının rəsmisi: Parlament seçkiləri daha çevik, peşəkar deputat korpusunun formalaşmasına yönəlib
16.01.2020 [13:43]
Xəbərin mətni
Fevralın 9-da Azərbaycanda keçiriləcək parlament seçkiləri daha çevik, peşəkar deputat korpusunun formalaşmasına yönəlib.
AZƏRTAC xəbər verir ki, bu fikri Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin müdir müavini Səadət Yusifova yanvarın 16-da “Seçkinin mediada işıqlandırılması” mövzusunda informasiya sessiyasında çıxışında deyib.