SİYASƏT


Məzahir Pənahov: İndiyədək 1534 nəfərin deputatlığa namizədliyi qeydə alınıb

Əvvəlki parlament seçkiləri ilə müqayisədə fevralın 9-da Milli Məclisə keçiriləcək seçkilərlə əlaqədar indiyədək rekord sayda deputatlığa namizəd qeydə alınıb.
AZƏRTAC xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov yanvarın 16-da “Seçkinin mediada işıqlandırılması" mövzusunda keçirilən informasiya sessiyasında bildirib.