DÜNYA


Çində koronavirusa yoluxanların sayı 295-ə çatıb

Çində daha 77 nəfərin koronavirusun indiyədək aşkar edilməmiş növünə (2019-nCoV) yoluxduğu təsdiqlənib. Bununla da ölümcül virusa yoluxanların ümumi sayı 295-ə çatıb. Dörd nəfər artıq virusdan vəfat edib.
AZƏRTAC Çin Dövlət Səhiyyə Komissiyasına istinadla xəbər verir ki, koronavirusa yeni yoluxanların 72-i məhz bu virusun aşkalandığı və ən çox yayıldığı Uxan şəhərinin sakinləri, 3 nəfər Pekin, 2 nəfər Şanxay sakinidir. Bundan başqa, Çinin 9 bölgəsində koronavirusa yoluxma şübhəsi ilə 27 nəfər tibbi nəzarət altına alınıb.