Prezident İlham Əliyev Davosda Türkiyənin Xarici İşlər naziri ilə görüşüb
22.01.2020 [00:25]
Xəbərin mətni
Yanvarın 21-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Davosda Türkiyə Respublikasının Xarici İşlər naziri Mövlud Çavuşoğlu ilə görüşüb.
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, görüşdə ikitərəfli dostluq və qardaşlıq münasibətlərinin uğurlu inkişafından məmnunluq ifadə olundu, əlaqələrimizin bütün sahələrdə genişləndiyi vurğulandı.