RƏSMİ


Prezident İlham Əliyevin Davosda Gürcüstanın Baş Naziri ilə görüşü olub

Yanvarın 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Davosda Gürcüstanın Baş Naziri Giorgi Qaxariya ilə görüşü olub.
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, görüşdə Azərbaycan ilə Gürcüstan arasında dostluq münasibətlərinin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi qeyd olundu. Ölkələrimizin iştirakı ilə qlobal və regional enerji və nəqliyyat layihələrinin həyata keçirilməsinin önəmi vurğulandı. Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin əhəmiyyətinə toxunuldu.