DÜNYA


Qazaxıstanda qar çovğunu - Nur-Sultanda nəqliyyatın hərəkəti iflic olub

Qazaxıstanın paytaxtı Nur-Sultanda şəhərətrafı marşrutların hərəkəti dayandırılıb. Yanvarın 22-si gecə saatlarından başlayan, hələdə davam edən qar fırtınası və görünmə məsafəsinin aşağı olma səbəbindən bütün növ avtonəqliyyat vasitələri üçün hərəkət bağlanıb.
AZƏRTAC xəbər verir ki, hava şəraitinin pisləşməsi nəticəsində güclü külək, görüntünün məhdudlaşdırılması respublika əhəmiyyətli avtomobil yollarının 6 hissəsində və vilayət yollarında da bütün növ avtonəqliyyat vasitələri üçün hərəkət bağlanıb.