Azərbaycan Dövlət İnformasiya Agentliyi

Koronavirus xəstələrindən ​daha biri sağalaraq xəstəxananı tərk edib

25.01.2020 [16:19]

Xəbərin mətni

Çində yayılan koronavirusun yeni növünün səbəb olduğu sətəlcəm xəstəliyindən ölənlərlə yanaşı, sağalıb xəstəxanadan buraxılanlar da var.
AZƏRTAC Çin Dövlət Səhiyyə Komisisyasına istinadla xəbər verir ki, indiyədək Pekin və Şanxay şəhərlərinə, habelə Cıcian vilayətində 38 belə xəstə sağalaraq, xəstəxananı tərk edib. Onlardan biri də 46 yaşlı Yanq adlı kişidir. Virusun aşkarlandığı Uxan şəhərindən olan Yanq fərdi avtomobili ilə Vencou şəhərinə gəlib. Burada səhhəti pisləşən Yanq yanvarın 17-də şəhərdəki 6 nömrəli xəstəxanaya qəbul edilib.