DÜNYA


Çində koronavirusa yoluxanların sayı 2762 nəfərə, ölənlərin sayı isə 80-ə çatıb

Çində koronavirusun indiyədək aşkar edilməmiş növünə (2019-nCoV) yoluxanların sayı 2762 nəfərə, bu virus səbəbindən ölənlərin sayı isə 80-ə çatıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Çin Dövlət Səhiyyə Komissiyası məlumat yayıb. İndiyədək 49 nəfər sağalaraq xəstəxananı tərk edib. Virusa yoluxmaqda şübhəli bilinənlərin sayı isə 5794 nəfərə çatıb. Xəstələrlə yaxın ünsiyyətdə olmuş 30 mindən çox adam tibbi nəzarətə götürülüb. Ölüm hallarının 76-sı virusun aşkarlandığı və ən çox yayıldığı (1423 nəfər) Xubey vilayətində qeydə alınıb.