Azərbaycan Dövlət İnformasiya Agentliyi

Tərtərdə istixana şəraitində yetişdirilən pomidorun yığımına başlanılıb

28.01.2020 [13:17]

Xəbərin mətni

Tərtər rayonunun Soyulan kəndində yaradılan istixana kompleksində yetişdirilən pomidorun yığımına başlanılıb. İstehsal edilən məhsulun daxili bazara çıxarılması ilə yanaşı, xaricə də ixrac olunması nəzərdə tutulur.
Təsərrüfat sahibi Nofər Nəsirov AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, ümumi ərazisi 2 hektar olan kompleksin 1 hektarında istixana təsərrüfatı yaradılıb. Kompleksdə qazanxana, su anbarı, inzibati bina, anbarlar inşa edilib.