Azərbaycan Dövlət İnformasiya Agentliyi

Ağsuda Gənclər Günü qeyd olunub

31.01.2020 [16:14]

Xəbərin mətni

Heydər Əliyev Mərkəzində keçirilən təntənəli yığıncaqda çıxış edən rayon icra hakimiyyəti başçısının müavini Sevil Mirəzliyeva, gənclər və idman idarəsinin rəisi Azər Kərimli, idarənin baş məsləhətçisi Firəngiz Məmmədova, YAP gənclər təşkilatının sədri Elnur Fərzəlizadə və başqaları Prezident İlham Əliyevin imzaladığı, gənclərin fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsində xüsusi əhəmiyyəti olan “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə Dövlət Proqramı”ndan, “2015-2025-ci illərdə Azərbaycan gənclərinin inkişaf strategiyası haqqında” Sərəncamından danışıb, dövlətin, cəmiyyətimizin avanqard qüvvəsi olan gənclərə göstərdiyi diqqət və qayğıdan bəhs ediblər.