Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycanın Latviyadakı səfiri Riqada fəaliyyət göstərən “Beynəlxalq Diplomatik və Biznes Klub”da təqdimatla çıxış edib

31.01.2020 [19:15]

Xəbərin mətni

Azərbaycanın Latviyadakı səfiri Cavanşir Axundov Riqada fəaliyyət göstərən “Beynəlxalq Diplomatik və Biznes Klub”da təqdimatla çıxış edib.
AZƏRTAC xəbər verir ki, “Azərbaycanın iqtisadiyyatı: inkişaf və perspektivlər” mövzusuna həsr edilmiş təqdimat mərasimində bu ölkədə fəaliyyət göstərən diplomatik nümayəndəliklərin rəhbərləri, Latviya Seyminin deputatları, müxtəlif dövlət qurumları, biznes dairələr və yerli KİV-lərin nümayəndələri iştirak ediblər.