Azərbaycan Dövlət İnformasiya Agentliyi

Fövqəladə Hallar naziri Yevlax şəhərində vətəndaşlarla görüşüb

01.02.2020 [15:40]

Xəbərin mətni

Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov Yevlax şəhərində Yevlax rayonunun sakinlərinin, həmçinin bu rayonda məskunlaşmış məcburi köçkünlərin qəbulunu keçirib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Fövqəladə Hallar naziri tərəfindən qəbul edilən vətəndaşların müraciətlərinin bir çoxu yerindəcə öz həllini tapıb. Bir sıra məsələlərlə bağlı qanunvericiliyə uyğun dərhal zəruri tədbirlərin görülməsi barədə aidiyyəti strukturların rəhbərlərinə tapşırıqlar verilib.