Azərbaycan Dövlət İnformasiya Agentliyi

AZƏRTAC-ın bir qrup gənc əməkdaşı Şamaxı Astrofizika Rəsədxanasında olub

03.02.2020 [14:19]

Xəbərin mətni

AZƏRTAC-ın bir qrup gənc əməkdaşı Gənclər Günü münasibətilə Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında (ŞAR) olub. Agentliyin həmkarlar ittifaqı komitəsinin dəstəyi ilə təşkil edilmiş ekskursiya zamanı onlar rəsədxananın fəaliyyəti haqqında ətraflı məlumat alıblar.