DÜNYA


Sapporoda Qar Fiqurları Festivalı

Yaponiyanın Hokkaydo adasında yerləşən Sapporo şəhərində ənənəvi Qar Fiqurları Festivalı başlayıb. 200-dək qardan və buzdan düzəldilmiş fiqurlar Odori və Suşikino parklarında, Tsudome meydanında yerləşdirilib. Eyni zamanda, Tsudome meydanında 70 metr uzunluqda sürüşmə zolağı da yaradılıb. Lakin qar çatışmadığına görə builki zolaq əvvəllər olduğundan 30 metr qısa düzəldilib.