Tərtərli fermer: Ağaclar budandıqda cavanlaşır, məhsuldarlığı artır
07.02.2020 [12:26]
Xəbərin mətni
Tərtər rayonunda əhalinin əsas məşğuliyyət növlərindən biri bağçılıq və tingçilikdir. Son illərdə aqrar sektorun digər sahələri ilə yanaşı, bu istiqamətdə də inkişafa nail olunub. Hazırda bağlarda qış qulluq işləri gedir, ağacların budanması həyata keçirilir. Bağ sahibləri bu prosesin məhsuldarlıq üçün olduqca vacib olduğunu deyirlər.