Azərbaycan Dövlət İnformasiya Agentliyi

Kürdəmirdə ağır yol qəzası baş verib: ölən və yaralanan var

07.02.2020 [13:40]

Xəbərin mətni

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə bu gün səhər saatlarında Bakı-Qazax yolunun rayonun Sığırlı kəndindən keçən hissəsində qeydə alınıb. Belə ki, Sumqayıt şəhər sakini Aslan Qəhrəmanov idarə etdiyi KİA markalı avtomobillə Gəncə istiqamətində hərəkətdə olarkən qəflətən idarəetməni itirib və avtomobil yoldan çıxaraq kənardakı beton lövhələrə çırpılıb. Zərbənin təsirindən sürücü elə hadisə yerindəcə ölüb.