Çernobıl AES-in 2 kilometrliyindəki ölü şəhər - Pripyatdan VİDEOREPORTAJ
07.02.2020 [14:57]
Xəbərin mətni
1986-cı il aprelin 26-da Çernobıl Atom Elektrik Stansiyasında (AES) baş verən qəza iki kilometr məsafədə yerləşən Pripyat şəhərində həyatı iflic etdi. 50 minə yaxın əhalisi olan şəhər tam evakuasiya edildi, 34 ildir Pripyat “Ölü şəhərə” çevrilib. 1970-ci ilin fevralında salınan Pripyat şəhəri qəza baş verən zaman 16 illik inkişaf dövrünü yaşayırdı; burada dörd mikrorayon salınmışdı, daha birinin təməli qoyulurdu, fəqət bir alimin savadsız, məsuliyyətsiz sınaq cəhdi dünyada yeni bəşəri faciənin təməlini qoydu, şəhər isə tarixin yaddaşına qovuşdu.