Biləsuvarda bu il 10 min hektar sahədə pambıq əkiləcək
07.02.2020 [16:07]
Xəbərin mətni
Bu il Biləsuvarda 10 min hektardan çox sahədə pambıq əkini planlaşdırılır. Tarlalarda ötən ilin dekabr ayından pambıq əkini üçün başlanan şum işləri artıq yekunlaşmaq üzrədir.
AZƏRTAC xəbər verir ki, artıq bu günə kimi Biləsuvarda 8 min 500 hektardan çox sahədə şum aparılıb. Məhsul istehsalçıları rayonda fəaliyyət göstərən 4 pambıq emalı müəssisəsi ilə 10 min hektara yaxın sahədə pambıq əkilməsi üçün müqavilə imzalayıb və bu iş davam etdirilir.