İQTİSADİYYAT


Azərbaycanda ilk Kiçik və Orta Biznes Evi Xaçmazda istifadəyə verilib

Açılış mərasimində çıxış edən İqtisadiyyat naziri Mikayıl Cabbarov Azərbaycanda davamlı iqtisadi inkişafın təmin edilməsində sahibkarlığın rolunun artırılmasının, xüsusilə kiçik və orta biznesin əsas hərəkətverici amilə çevrilməsinin Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən iqtisadi islahatların prioritet istiqamətlərindən olduğunu vurğulayıb. Nazir qeyd edib ki, “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunmuş konfransda dövlət başçısı kiçik və orta sahibkarlığın inkişafı, həmçinin orta müddətli dövrdə ÜDM-in əsas hissəsinin bu sektorun hesabına formalaşması, məşğulluğun təmin olunmasında payının artırılması kimi yeni hədəflər müəyyən edib.