Mərkəzi Seçki Komissiyasının sədri Milli Məclisə seçkilərlə əlaqədar mətbuat konfransı keçirib
08.02.2020 [19:05]
Xəbərin mətni
Bu gün Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov 9 fevral Milli Məclisə seçkilərlə əlaqədar mətbuat konfransı keçirib.
AZƏRTAC xəbər verir ki, MSK sədri bütün seçki məntəqələrinin səsvermə üçün tam hazır vəziyyətə gətirildiyini bildirib. Qeyd edib ki, seçkilər elan edildikdən sonra MSK tərəfindən bütün lazımi tədbirlər görülüb. MSK və dairə seçki komissiyaları bütün addımları Seçki Məcəlləsinin tələblərinə uyğun atıb.